Xəbər

Xalq artisti Rasim Balayev vəfat etdi

29.03.2026

Xalq artisti Rasim Balayev vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Görkəmli sənətkar, Azərbaycan Kinematoqraqfçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin vəfatından dərin kədər hissi keçiririk.

Azərbaycan Prodüserlər Gildiyasının rəhbərliyi və bütün üzvləri adından mərhumun ailəsinə, yaxınlarına və bütün xalqımıza dərin hüznlə başsağlığı veririk. Ustad sənətkarın milli kinomuzun inkişafındakı misilsiz xidmətləri və yaratdığı ölməz obrazlar qəlbimizdə əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!