Gildiyanın sədri Müşfiq Hətəmov 24-27 avqust 2026-cı il tarixlərində LaCinema-da keçiriləcək Laçın Beynəlxalq Film Festivalının Yerli Müsabiqə proqramında münsiflər heyətinə rəhbərlik edəcək.
Laçın Beynəlxalq Film Festivalı (LachinFilmFest) — Azərbaycanın dağ şəhəri olan Laçının möhtəşəm mənzərəsində kino sənətinin hər il keçiriləcək ən yaxşı seçilmiş qısametrajlı filmlər bayramıdır. Festivalın missiyası yeni səslər və fərqli yaradıcı baxışlar üçün platforma yaratmaqdır.
Ətraflı məlumat: lachinfilmfest.com