Azərbaycan Prodüserlər Gildiyasının tarixi, missiyası və komandası
Azərbaycan Prodüserlər Gildiyası (APG) 2012-ci ildə ölkədə prodüserlik sahəsinin peşəkar səviyyədə inkişafını təşviq etmək, yaradıcı sənaye nümayəndələrini bir araya gətirmək və mədəniyyətlərarası əməkdaşlığa töhfə vermək məqsədi ilə təsis edilmişdir. Gildiyanın əsas məqsədlərindən biri kino, televiziya və rəqəmsal media sahələrində çalışan prodüserlər üçün güclü bir platforma yaratmaq, onların layihələrinin yerli və beynəlxalq miqyasda uğurla reallaşmasına dəstək verməkdir.
Gildiya üzvlərinə yalnız təmsilçilik deyil, həm də bilik, təcrübə və resurs mübadiləsi üçün effektiv mühit təqdim edir. Biz ortaq layihələrin qurulmasını asanlaşdırır, beynəlxalq koproduksiya imkanları yaradır və yerli istehsalların qlobal bazarlara çıxışını dəstəkləyirik.
Missiyamız – üzv prodüserlərə öz ambisiyalı və kreativ ideyalarını həyata keçirməkdə yardımçı olmaqdır. Gildiya onları lazımi əlaqələrlə, praktiki biliklərlə və müasir texnologiyalarla təmin edərək istehsal proseslərini daha effektiv və keyfiyyətli şəkildə qurmağa imkan yaradır. Bu məqsədlə biz həm yerli, həm də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək seminarlar, ustad dərsləri və ixtisasartırma proqramları təşkil edirik.
APG, həmçinin Azərbaycan prodüserlərinin hüquqlarının qorunması, peşəkar standartların formalaşdırılması və yaradıcı əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində də mühüm rol oynayır.
Gildiyanın sədri
İcraçı direktor
Film İstehsalı üxrə məsul şəxs
Reklam və kütləvi tədbirlər üzrə məsul şəxs
Beynəlxalq əlaqələr üzrə məsul şəxs
Gildiyanın sədri. Prodüser. Azərbaycanın Əməkdar incəsənət xadimi.
Gildiyanın İcraçı direktoru.
Kino istehsalı məslələri üzrə məsul şəxs. Prodüser. “Azerbaijan FilmBridge” MMC-nin təsisçisi və direktoru.
Reklam və kütləvi tədbirlər üzrə məsul şəxs. Prodüser. “Adrenalin Brothers” MMC-nin icraçı prodüseri.
Beynəlxalq əlaqələr üzrə məsul şəxs. Rejissor, Prodüser.
Prodüser. “Narimanfilm” MMC-nin təsisçisi və direktoru. Azərbaycanın əməkdar incəsənət xadimi.
Prodüser. Cinealliance MMC-nin təsisçisi və direktoru.
Rejissor və Prodüser. Nizami Kino Mərkəzinin direktoru.
Prodüser. “KAC Group Media” MMC-nin təsisçisi.
Prodüser, Rejissor. Bakı Beynəlxalq Film Festivalının direktoru.
"Antenn" TV və Radio şirkətinin prezidenti, Media FM radiosunun baş direktoru, Yurd FM radiosunun sahibi.
Prodüser, Azərbaycanın əməkdar incəsənət xadimi.
“CNF Pro” MMC-nin direktoru
Rejissor, ssenarist, prodüser. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi
Prodüser, Rejissor.
İcraçı prodüser
İcraçı prodüser
“PSH Production” MMC-nin direktor müavini
“Azvideo” və “Yeni dalğa” şirkətlərinin təsisçisi
“M Cinema” MMC-nin təsisçisi
“Sınaq Film” Prodüser mərkəzinin baş direktoru
İcraçı prodüser
Müvafiq ərizə formasını dolduraraq gildiya üzvlüyünə müraciət edə bilərsiniz
Hüquqi şəxs Fiziki şəxs