Azərbaycan Prodüserlər Gildiyası sənaye liderlərini bir araya gətirir və onları ortaq məqsədlər ətrafında birləşdirir. Biz yaradıcı enerjini dəstəkləyir, yeni ideyalara yol açırıq.
Azərbaycan Prodüserlər Gildiyası 2012-ci ildə milli kinematoqrafiyanın inkişafına dəstək vermək məqsədilə Azərbaycan prodüserlərinin hüquqlarının qorunması, peşəkar standartların formalaşdırılması və yaradıcı əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə peşəkar prodüserlər tərəfindən təsis edilmişdir.
Missiyamız prodüserlərin öz ambisiyalı layihələrini həyata keçirmək üçün ehtiyac duyduqları resurslar, əlaqələr və biliklərlə təmin etməkdir. Gildiya geniş üzv şəbəkəsi vasitəsi ilə birgə istehsalların həyata keçirilməsini asanlaşdırır, ən son texnologiyalara çıxış təmin edir və təhsil imkanları yaradır. Biz inanırıq ki, güclü prodüser icması – dayanıqlı və innovativ yaradıcı sənayenin əsas sütunudur. Gildiya olaraq, bu icmanın inkişafına hərtərəfli töhfə verməyə sadiqik.
Yeniliklərdən ilk xəbər tutan siz olun